Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi araşdırılacaq

Sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində (XİN) Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) 11-ci iclası öz işinə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.
İclasda Türkmənistan, Azərbaycan (rəhbər – S.A.Şərifov), İran İslam Respublikası (rəhbər – K.Q.Abadi), Qazaxıstan (rəhbər – Z.A.Amanjolova) və Rusiyanın (rəhbər – N.N.Udoviçenko) nümayəndə heyətləri iştirak ediblər. İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.
İclas zamanı tərəflər Xəzər dənizində birbaşa başlanğıc xətlərin müəyyən edilməsi metodikasını müzakirə ediblər. Görüş çərçivəsində Xəzər dənizində əməkdaşlığın ümumi vəziyyəti nəzərdən keçirilib və xarici işlər nazirlərinin növbəti görüşünün hazırlanması məsələləri müzakirə olunub.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərin araşdırılması üçün xüsusi işçi qrupun yaradılması məsələsi də gündəmə gətirilib.
YSİQ-nin on birinci iclası öz işini davam etdirir.
Oxşar xəbərlər
Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib...
