Xəzər dənizində köpək balığı tapılıb? - AÇIQLAMA/VİDEO
Xəzər dənizində köpək balığının olması iddia edilib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETS-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov bildirib ki, həmin görüntülər Xəzər dənizində çəkilməyib:
“Bu videonu dağıstan balıqçıları Oxot dənizində çəkilbər. Bunlar brakonyerlərdir. Onların istifadə etdiyi torlar ovlanma üçün qadağandır. Bu köhnə və “fake” görüntüdür”.
O qeyd edib ki, Xəzər dənizində köpək balığı yaşaya bilməz.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 7-də bəzi dağ...