Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
08
avq
2019
11:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə sabah Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın qatılacağı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır.Avqustun 9-a planlaşdırılan aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcək.Belə bir kütlləvi aksiyanin keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib:"Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq".Qeyd edək ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.
Oxşar xəbərlər
Gənc qızın Bakı bulvarında etdiyi hərəkətlər müzakirələrə səbəb oldu – VİDEO
Gənc qızın Bakı bulvarında küləkli havada etdiyi hərəkətlər böyük müzakirələrə səbəb olub.BAKU.WS xəbər verir ki, gənc qız güclü külək olmasına baxmayaraq dəniz...