Xətai rayonunun biabırçı yolları - FOTO

Xətai rayonunun biabırçı yolları - FOTO
Foto
Sosial 237

Xətai rayonu Xətai metrosunun arxa hissəsi, şəhərin mərkəzi olan Natiq Əliyev küçəsinin sakinləri yaşadıqları küçənin yollarından narazılıq edirlər.

BAKU.WS-ə daxil olan şikayətə görə, Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq yollar düzəldilmir.

Sakinlərin sözlərinə görə, avtomobillər bu yollarla hərəkət edərkən ciddi nasazlıqlar yaranır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov ilə əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında bildirdi ki, ərazidə işlər hava şəraiti ilə bağlı olaraq dayandırılıb. Hava şəraitinin yaxşılaşmasından sonra bərpa işləri davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər