Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Övladları kistoz-fibroz xəstəliyindən əziyyət çəkən valideynlər TƏBİB-dən şikayətçidirlər.
Onlar deyirlər ki, uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim olunan dərmanları bir ilə yaxındır ki, ala bilmirlər.
Şikayətçilərin iddialarına görə, aidiyyəti qurum bu dərmanlar üçün ayrılan bir illik vəsaitin cəmi 9 aya bəs etdiyini bildirir.
"Dövlətin təyin etdiyi dərmanları TƏBİB-dən ala bilmirik. Quruma problemlə bağlı ərizə yazıram.
Daha sonra TƏBİB xəstəxanadan izahat istəyir ki, dərmanları niyə vermirsiniz? Halbuki dərmanlar xəstəxanaya göndərilməlidir ki, bizə verilsin", - deyə şikayətçi Günay Əsədzadə söyləyib.
Valideynlərin sözlərinə görə, ağciyər xəstəliyindən əziyyət çəkən 50 uşaq gündəlik bu dərmanların sayəsində nəfəs alır.
Dərmanların aylardır ki, verilməməsi bu uşaqların həyatını hər keçən gün daha çox riskə atır. Bəs bu dərmanlar nə üçün gecikdirilir?
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...