Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamət açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın onkoloq cərrahı Mixail Myasnyankin dəridəki xalların hansı dəyişikliklərinin inkişaf edən xərçəng xəstəliyinin əlaməti ola biləcəyindən danışıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə onkoloq "Beşinci kanal"a müsahibəsində bildirib.
Mütəxəssis hər şeydən əvvəl xalın beş millimetrdən çox olacağı təqdirdə həkimlərlə əlaqə saxlamağı məsləhət görüb. Həm də onun sözlərinə görə, xalın rənginə diqqət yetirmək vacibdir.
"Əgər xal əvvəlcə açıq-qəhvəyi idisə və zamanla qaralmağa başlayırsa, onda bu mütəxəssisə müraciət üçün məcburi səbəbdir", - onkoloq qeyd edib.
O, vurğulayıb ki, heç bir halda özbaşına xalın formalaşmasının qarşısını almağa çalışmaq olmaz, çünki belə cəhdlər təhlükəli ola bilər.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...