XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır – VİDEO

XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır – VİDEO
Video
Sosial 902
İki gündür əsən külək toz qaldırır, ağacların çiçəklərini isə ətrafa yayır ki, bu ta bəzi insanlar üçün təhlükəlidir.ARB TV xəbər verir ki, son günlər allergik xəstəliklərlə bağlı həkimlərə müraciət edənlərin sayı artıb.Yuxarı tənəffüs yollarında iltihabı olan insanlar, allergiya xəstəlikləri ilə mübarizə aparanlar bu günlərdə ehtiyatlı olmalıdırlar. Həkimlər deyir havaların küləkli keçməsi və nəticədə tozun yayılması həssas insanlarda ciddi narahatlığa səbəb olur.Nahid Məhərrəmov – Terapevt: “Bronxlarda spazm yaranır, onsan rahatsız olur, nəfəs ala bilmir. Bəzən olur insan deyir ki mənə soyuq dəyib. Burnu axır. Amma bu sırf həmən o toz dənəciklərinin insan orqanizminə etdiyi təsirdən ibarətdir. Allergiyanın verdiyi təsirdir”.Ekoloqların sözlərinə görə, yayılan ağ cisimlər çinarın tozanağıdır. Pambığa bənzər bu tozlar barıtla müqayisə olunur.Telman Zeynalov – Ekoloq: “Ağ rəngdə pambığa oxşayır. Çinarın tumlarıdır bunlar. Başqa yerdə torpağa düşəndə orada çinar bitir. O pambıq barıt kimidir. Bir balaca ora alov düşəndə barıt kimi yanıb partlayırlar”. Ekoloqlar ağac tozlarının vaxtında təmizləməklə problemin önləməyin mümkün olduğunu deyirlər. Həkimlərsə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin ağac tozlarından qorunmasını vacib sayırlar.Nahid Məhərrəmov – Terapevt: “Yaxşı olardı ki, respiratorlardan istifadə etsinlər. Sadə dildə izah etsək hava filtirdən keçəndə toz allergenlər insan orqanizminə təsir etmir. Sırf allergiya ilə, bronx spazmla müraciət edənlərin sayı artıb. Bundan əlavə, qaşınması olanlar, nəfəsalmada çətinlik çəkən, bronxospazması olanlar tozlu yerlərdən uzaq durmalıdırlar.BAKU.WS

Oxşar xəbərlər

Bakıda əhali arasında yayılan hansı virusdur? - Nazirlik açıqladı

Bakıda əhali arasında yayılan hansı virusdur? - Nazirlik açıqladı

"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir".APA-nın xəbərinə görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti R...

2511 Hadisə 14:06 25 yanvar 2018

Son xəbərlər