Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti imtahan keçiriləcək.
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...