Xanəndə Aqil Məlikov toyda səsləndirilən musiqilərdən gileyləndi

Xanəndə Aqil Məlikov toyda səsləndirilən musiqilərdən gileyləndi
Video
Sosial 76

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Şağan sakini, xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov müasir toylardan söz açıb.

Xanəndə toy mərasimlərində səsləndirilən musiqilərdən gileylənib:

"Bu yaxınlarda mən şəhər toylarından birində oldum. Vallah, özüm özümə nifrət etdim. 500 nəfər var idi, yarıdan çoxu qadın idi. Altı saat rəqs etmək olar? Qadınlar saat 6-dan oynamağa başlayırlar. 80-100 nəfər düşür ortalığa, 12:00-a kimi yerinə oturmaq yoxdur. Səs-küydən beyin çatlayır, baş ağrıyır, yanındakından heç nə soruşa bilmirsən. Gəlin toy əhli ilə 6 saat oynayır. Gəlinsən, get, otur, yarım saat dincəl. Arada bir saat işıqları söndürürlər. Diskoteka başlayır. Gürcü, italyan, ingilis, rus mahnısı oxudulur, bir dənə Azərbaycan musiqisindən başqa. Get, gör, bir italyanın toyunda sənin mahnını oxuyurlar? Hansı toyda Üzeyir Hacıbəylinin "Uvertüra"sını çalırlar? Dünyanın ən möhtəşəm musiqisidir. Bizdən oğurlayıb öz adlarına çıxarırlar, amma bizim adımızı çəkmirlər. Bəs sizə nə olub? Bax, bizim toylarımız bu gündədir".

Yas məclislərindən də bəhs edən A.Məlikov adətlərimizin qara günə qaldığını söyləyib:

"Yası xəlfə idarə edərdi, həmin şəxs hörmətli kişilərdən olardı. Hər adamı yas məclislərinə xəlfə qoymazdılar. Onlar pul almırdılar, məclisə pul üçün gəlmirdilər. Yas məclislərində stolun üzərində heç nə olmazdı. Axır vaxtlarda dəb düşüb, süfrəni ləbləbi, kişmiş, şəkərbura ilə bəzəyirlər. Elə bil ki, camaat acından gəlib. Əvvəllər yas mərasimləri ev şəraitində keçirilərdi, stolun üstü də bomboş olardı. İndi isə üç çadırı qururlar, 2000 adam yığılıb nə mollaya, nə axunda, nə də dərvişə qulaq asır. Hamı şaraq-şuruq qoz sındırıb yeyir. Bankdan gedib pul çıxarıb ehsan verirlər. Yoxundursa, etmə, ləbləbi, kişmiş vermək o qədər vacibdir?!"

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər