Xalq artisti Ramiz Quliyev xəstəxanaya yerləşdirilib
29
sen
2025
21:39
Xalq artisti, tarzən Ramiz Quliyev xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu, dirijor Əyyub Quliyev məlumat verib.
Onun sözlərinə görə, müalicə prosesi Heydər Əliyev Fondu tərəfindən nəzarətdə saxlanılır:
"Hazırda səhhətində müsbət dinamika hiss olunur, yaxşıya doğru irəliləyiş var. Əsas məsələ böyrəkləri idi ki, onlar da funksiyalarını bərpa edirlər".
Ə.Quliyev Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Oxşar xəbərlər
"Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir?
"Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya". XII Bakı Beynəlxalq Kitab Sərgisinin builki şüarı belədir. Kitabın ekranlardan üstünlüyünə, mü...