Xalq artisti: "Gənclərimiz iki-üç il yaşasınlar, sonra ailə qursunlar"
"Gənclərimiz iki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq artisti Xalidə Quliyeva deyib.
O bildirib ki, bizdə çox şeylər səhvdir:
"Mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır".
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər üçün YENİLİK
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hər...