Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır
27
avq
2026
11:36
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xaçmaz rayonunda yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırır.
BAKU.WS AYNA-ya istinadən xəbər verir ki, rayon mərkəzinin Heydər Əliyev prospektində və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrində isə 3 pavilyon quraşdırılıb.
Ümumilikdə Xaçmaz üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub
Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su...