Xaçmazın Sibiroba kəndinin su və məktəb problemi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunun Sibiroba kəndinin sakinləri su və məktəb problemindən şikayət edirlər.
Sakinlər deyir ki, uzun illərdir, içməli su üzünə həsrət qalıblar. Ötən əsrin 80-ci illərində kəndin yaxınlığında artezian quyusu qazılsa da, yerdən çıxan içməli su hələ də boş yerə axaraq israf olur.
Yüzə yaxın evi olan bu kəndin həyətlərində bir dənə də olsa su xəttinə rast gəlinmir. Ona görə də 500-ə yaxın sakin hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.
Kənd sakinlərinin tək problemi içməli su deyil. Kəndin məktəbi də acınacaqlı vəziyyətdədir. 1960-cı ildə tikilən binadan hazırda uçuq-sökük tikili qalır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...