WUF13-lə bağlı Bakının rəqəmsal nəqliyyat xəritəsi təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın daha səmərəli idarə olunması üçün xüsusi rəqəmsal xəritə hazırlanıb.
BAKU.WS xəbər verir ki, sözügedən xəritə bu gün ictimaiyyətə təqdim olunub və forum müddətində şəhərdə hərəkətin tənzimlənməsinə dəstək verəcək.
Qeyd edək ki, WUF13-də iştirak üçün dünyanın müxtəlif ölkələrindən 20 mindən çox iştirakçı qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığı çərçivəsində təşkil olunur.
Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər" konsepsiyası və innovativ urban həllər üzrə beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...