“WhatsApp”ın yeni funksiyası: Bundan sonra...
Yeniliklərdən dərhal xəbərdar olun
“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz.
Bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir.
Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz.
Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola bilər. Funksiya “WhatsApp”da davamlı yazışanlar və qeydlər üçün ayrıca proqramdan istifadə etməyənlər üçün daha əlverişli olacaq.
Özünüzə mesaj göndərmək imkanı artıq həm şəxsi, həm də korporativ mesajlaşmaların əksəriyyətində mövcuddur.//oxu.az
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...