“WhatsApp”ın işində yaranmış problem aradan qalxdı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
“WhatsApp” tətbiqinin fəaliyyətində müşahidə olunan problemlər aradan qalxıb.
Hazırda müəyyən ləngimələr müşahidə olunsa da, tətbiq fəaliyyətini bərpa edib.
***12.18
Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.
Problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BAKU.WS-ə sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
"Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".
***11.39
Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda aktiv istifadə edilən "WhatsApp" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
BAKU.WS xəbər verir ki, istifadəçilərin sözlərinə görə, mesajlaşma xidməti tamamilə çöküb.
"Whatsapp"a girə bilməyən insanlar cavab axtarır.
Baş vermiş problemlərlə bağlı şirkət rəsmi olaraq heç bir açıqlama yaymayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...