"WhatsApp"dan daha bir YENİLİK

30
yan
2023
17:35
"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.
Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.
Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.
Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.
Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.
Oxşar xəbərlər
“Instagram”a YENİLİKLƏR GƏLİR: Profil şəklini böyütmə, izləyici sayını gizlətmə...
“Instagram”da yeni funksiya üzərində iş aparılır. "Haber Global" xəbər verir ki, bu barədə mobil tərtibatçı Alessandro Paluzzi “Twitter”də məlumat verib. Onun s...
