"WhatsApp"da yeni funksiyalar tətbiq edilib

WhatsAppda yeni funksiyalar tətbiq edilib
Sosial 0

"WhatsApp" istifadəçilərini növbəti dəfə yenilikləri ilə sevindirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, messencer indi profilinizi e-poçt vasitəsilə qorumaq imkanına malikdir.

"Android" tətbiqinin beta versiyasındakı son yeniləmələr istifadəçilərə e-poçt vasitəsilə öz hesablarını yoxlamaq imkanı verir.

Bu yenilik istifadəçilərin şəxsi məlumatlarının mühafizəsini gücləndirmək və hesablara icazəsiz girişin qarşısını almaq məqsədi daşıyır.

Funksiya hazırda 2.23.24.10 versiyasından istifadə edən məhdud sayda beta testerləri üçün əlçatandır. Bu da "WhatsApp"ı daha etibarlı və ünsiyyət üçün rahat edir.

Oxşar xəbərlər

Son xəbərlər