"WhatsApp"da çoxdan gözlənilən YENİLİK

WhatsAppda çoxdan gözlənilən YENİLİK
Sosial 1797

"WhatsApp" tərtibatçıları messencerin yeni versiyasını təqdim ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yeni versiyada smartfonun telefon kitabçasında nömrələri qeyd olunmayan insanlarla ünsiyyət qurmaq mümkün olacaq.

Messencerin yeni versiyasında digər şəxslə ünsiyyətə başlamaq üçün "Yeni söhbətə başla" funksiyasını seçmək və açılan pəncərədə onun nömrəsini daxil etmək kifayətdir.

Əvvəllər "WhatsApp"da yalnız telefon nömrəsi yadda saxlanılan şəxslə söhbətə başlamaq mümkün idi.

Yeni funskiya Android və iOS üçün "WhatsApp"ın ən son versiyasının bütün istifadəçiləri üçün əlçatandır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər