"Whatsapp" istifadəçilərini sevindirməyə davam edir (FOTO)

Whatsapp istifadəçilərini sevindirməyə davam edir (FOTO)
Sosial 4276

 

"Whatsapp" mesajlaşma tətbiqi yeni funksiyasını aktiv edib.

BAKU.WS məlumat verir ki, dünyanın ən böyük ünsiyyət vasitəsi olan "Whatsapp" səsli danışıq funksiyasından sonra istifadəçilərə video görüntü ilə danışmaq imkanı yaradıb. 

Tətbiqin yeni funksiyasının aktiv olması ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Yeni funksiyanın bir neçə istifadəçidə aktiv olduğu bildirilir. 

Qeyd edək ki, "Whatsapp"-ın video görüntü ilə danışmaq funksiyasını aktiv edəcəyi ilə bağlı məlumatlar bir neçə gün əvvəl yayılmışdı. 

BAKU.WS

Oxşar xəbərlər

"Whatsapp"-dan möhtəşəm yenilik

"Whatsapp"-dan möhtəşəm yenilik

Məşhur mesajlaşma tətbiqi "Whatsapp"ın yeni versiyası istifadəyə veriləcək. BAKU.WS məlumat verir ki, gələcək günlərdə tətbiqin kompüterlər üçün olan versiyası...

3 Sosial 11:09 05 may 2016

Son xəbərlər