"WhatsApp" istifadəçilərinə pis xəbər
02
avq
2018
19:14
"WhatsApp" messenceri müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün biznes istifadəçilər ödəniş etməli olacaqlar.AZƏRTAC xəbər verir ki, bu haqda "WhatsApp"un bloqunda məlumat verilib. "Ötən il elan etdiyimiz kimi, "WhatsApp" şirkət və onların müştəriləri arasında ünsiyyəti asanlaşdırmaq üçün yeni funksiyalar üzərində işləyir. Biz hazırda müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanlar təqdim edirik", – bloqda qeyd olunur."Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi "end-to-end" şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür", – deyə "WhatsApp"ın nümayəndəsi bildirib."Röyter" agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək."Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən istifadə edir.BAKU.WS
Oxşar xəbərlər
“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR
Dünyanın ən populyar messenceri olan "WhatsApp"da növbəti yenilik tətbiq olunacaq.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, messencerdə reklamlar təqdim olunm...