Vüqar Qurbanov: "Hazırda xəstəxanalarda 50 koronavirus xəstəsi var"

Vüqar Qurbanov: Hazırda xəstəxanalarda 50 koronavirus xəstəsi var
Sosial 74

Hazırda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı azalıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, aktiv koronavirus xəstələrindən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir.

"Onların vəziyyəti stabilləşməyə doğru gedir və yaxın müddətdə evə buraxılacaqlar", - deyə o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər