Vüqar Həşimovun validyinlərinin son vəziyyəti bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə İdman.biz-ə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva bildirib.
O qeyd edib ki, valideynləri hələlik reanimasiyadadırlar:
"Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".
Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...