Vüqar Gülməmmədovun səlahiyyətləri artırılır
Hesablama Palatasının hüquqlarının genişləndirilməsi təklif olunur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Hesablama Palatası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, qurum dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq informasiya sisteminə sahibliyi həyata keçirəcək və bu zaman həmin sistemdən istifadə edəcək.
Bundan başqa, təklif olunur ki, Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilsinlər.
Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.
Sənəddə Hesablama Palatasının sədrinin səlahiyyətlərinin də genişləndirilməsi təkif olunur.
Dəyişikliklər qəbul olunacağı təqdirdə sədr Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini təqdim edə biləcək.
Qeyd edək ki, palatanın hazırkı sədri Vüqar Gülməmmədovdur.
Oxşar xəbərlər
Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA
"Dəyişkən iş qrafikinə keçid Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərindən biridir. Proqrama əsasən, bu istiqamətdə mü...