Vüqar Bayramov: "Azərbaycan MDB-də ən ədalətli torpaq islahatları aparan ölkədir"

Vüqar Bayramov: Azərbaycan MDB-də ən ədalətli torpaq islahatları aparan ölkədir
Sosial 12

Azərbaycan MDB-də ən ədalətli torpaq islahatları aparan ölkədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçən fermerlərin sayı 600 mindən çoxdur: "Azərbaycanın illik ixracatı 1,5 milyard ABŞ dollarıdır".

Deputat vurğulayıb ki, kiçik torpaqlarda müasir suvarma sisteminin tətbiqi kifayət qədər çətindir: "Amma torpaqlar könüllü şəkildə birləşərsə, konsolidasiya olunarsa, artıq müasir suvarma sistemlərindən istifadə mümkün olur. Bu, təbii ki, birbaşa məhsuldarın artırılmasına gətirib çıxarır. Digər vacib məqam texnika xərclərinin, yəni istehsal edilən məhsulun maya dəyərində struktur olaraq xərclərin azalmasıdır, çünki nəticədə konsolidasiya olduqda artıq texnikadan istifadə xərcləri də azalır. Xüsusilə nəzərə alsaq ki, texniki olaraq kənd təsərrüfatı maşınlarından kiçik sahələrdə istifadə olunması daha böyük xərc tələb edir, nəinki konsolidasiya olunmuş birləşmiş ərazilərdə, sahələrdə. Bu baxımdan təbii ki, bu həm də fermerlərin xərclərin azalmasına gətirib çıxarır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər