Vəkil olmaq istəyənlərin nəzərinə! Sənəd qəbulu bərpa olunub
09
dek
2017
17:20
Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq quruma üzvlük üçün sənəd qəbulunu bərpa edib.VK-nın Rəyasət Heyətindən BAKU.WS-ə verilən məlumata görə, VK üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiqləmələri zəruridir.Sənədlər VK Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə VK-nın Rəyasət Heyətinə müraciət edə bilərlər:1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;7. Kadrların şəxsi məlumat vərəqəsi;8. Tərcümeyi hal.BAKU.WS
Oxşar xəbərlər
Yol polisi işləmək istəyənlərin nəzərinə: Vakansiya elan edildi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.İdarədən BAKU.WS-ə verilən məlumata...