Vətəndaşların sağlamlıq məlumatlarının yer aldığı elektron profillər yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda vətəndaşların sağlamlıq məlumatlarının yer aldığı elektron profillər yaradılacaq.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılacaq sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq:
"Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...