Vətəndaşlar pulsuz müayinə olundular - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində aksiya keçirilib.
BAKU.WS xəbər verir ki, aksiyanın əsas məqsədi insanların öz sağlamlıqlarına diqqətini yönəltmək, xəstəliklə mübarizə aparılması üçün əhalini maarifləndirərək arterial təzyiqi nəzarətdə saxlamağa, sağlam həyat tərzi aparmağa sövq etməkdir. Arterial hipertenziya ilə yanaşı, artıq çəki və piylənmənin profilaktikası, diaqnostika və müalicəsinə dair maarifləndirici işlər aparılıb.
Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib. Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...