Vətən müharibəsi qazisinin tibbi xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb

Vətən müharibəsi qazisinin tibbi xərcləri YAŞAT Fondu tərəfindən qarşılanıb
Sosial 3

"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif Yusubov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Şəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”...

49 Sosial 12:16 10 iyul 2023

Son xəbərlər