Şəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan şəhidimiz Telman Allahverənovun ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.
Oxşar xəbərlər
Şəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb - VİDEO
Vətən müharibəsi şəhidinin ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. BAKU.WS xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Bildirili...
