Vətən müharibəsi qazisinə vəzifə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi qazisi Milli Məclisin deputatı Aydın Mirzəzadəyə köməkçi təyin edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aydın Mirzəzadə özünün “Facebook” hesabında məlumat yayıb.
“Mənim təklifimlə bu vəzifəyə Mingəçevir sakini Məmmədov Pərvin Həzi oğlu təyin edildi. Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı üzrə əmr imzalanıb”, - deyə Aydın Mirzəzadə əlavə edib.
Pərvin Məmmədov 1980-ci ildə anadan olub, peşəkar hərbçidir. Bakı Ali Hərbi Məktəbini bitirib. 20 ildən çox ordu sıralarında xidmət edib. Vətən müharibəsində tabor komandirinin müavini kimi iştirak edib. Xocavənd döyüşlərində ağır yaralanıb, sağ qolundan ciddi zədə alıb. Hazırda ehtiyatdadır.
O, bir sıra medalla təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin aeroportların VİP salonlarından istifadə hüququ var - SİYAHI
Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azər...