Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin doğum günüdür!
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 22-si Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin doğum günüdür.
Əslən Qarabağdan, Füzulidən olan Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili Yasamal rayonu 286 saylı orta məktəbdə alıb. Daha sonra 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2017-ci ildə həmin liseydən məzun olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq 4 illik hərbi təhsilini orada davam etdirib.
O, 4-cü kursda oxuyan zaman II Vətən müharibəsi başlayıb və Mobil vaxtından əvvəl leytenant rütbəsini alaraq müharibəyə qatılıb. 2020-ci ilin sentyabr ayının 28-də Bakı şəhərindən Gəncəyə yola düşən Mobil müharibənin son gününə qədər ön xətdə olub.
Mobil Şuşa yolunda yaralanaraq 5 gün meşədə ac-susuz, huşsuz vəziyyətdə qalıb. Noyabrın 13-də o, əsir düşüb. Əsirlikdə olarkən ağır işgəncələrə məruz qaldığını bildirən Mobil şanlı qələbəmizi dekabrın 11-də əsirlikdə öyrənir.
Dekabr ayının 14-ü Yerevandan qalxan təyyarə ilə Heydər Əliyev adına hava limanına gələrək əsirlikdən azad olunub.
Oxşar xəbərlər
Media nümayəndələrinin hərbi liseyə turu təşkil olunub - FOTO
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub. BAKU...