Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olundu - FOTO

Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olundu - FOTO
Foto
Sosial 416

Azərbaycan Milli Məclisi şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbçilərimizə dəstək məqsədilə görülən işlərdə fəal iştirak edir.

Milli Məclisin Mətbuat və ictmaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarının vəziyyəti daim diqqətdə saxlanılır, onlarla müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhid ailələrinin üzvləri və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün doğum günü olan şəhidlər - FOTO

Bu gün doğum günü olan şəhidlər - FOTO

Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...

1588 Sosial 15:47 01 noyabr 2021

Son xəbərlər