Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri olaraq Xətai rayonunda “Hərbi Qənimətlər Parkı”nın ərazisi müəyyən edilib”, - Mədəniyyət Nazirliyindən bildirilib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...