Vətən ətirli şəhid övladları - VİDEO

Vətən ətirli şəhid övladları - VİDEO
Video
Sosial 100

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni videoçarx Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edir.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, “Vətən ətirli övladlarınız bizə əmanətdir!” videoçarxı Vətən müharibəsi şəhidləri Ramid Hacıyev, Teymur Abbasov, Sədi Musayev və Rövşən Nurzadənin uşaqlarının timsalında bütün şəhidlərimizin Vətən ətirli övladlarının bizə əmanət və onların daim diqqət və qayğı əhatəsində olacaqları mesajını çatdırır.

Uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər