"Vertu" telefonu olan şəxsə 190 manat ödənilib? - Nazirlikdən AÇIQLAMA - FOTO

Vertu telefonu olan şəxsə 190 manat ödənilib? - Nazirlikdən AÇIQLAMA - FOTO
Sosial 970

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Vertu" markalı telefon işlədən şəxsin sosial yardım alması məsələsinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub.

“Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb.

Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. Ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub.

Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI

Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdə...

17447 Sosial 21:32 07 aprel 2020

Son xəbərlər