Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbə ömürlük veriləcək
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilməyəcək.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...