Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır
02
apr
2020
14:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır.
İstifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Oxşar xəbərlər
Dollarla kredit götürənlərə güzəşt olacaqmı?
Azərbaycan manatının devalvasiyasından sonra ölkədə iqtisadi durum ağırlaşdı. Gərginlik ən çox bank sektorunda nəzərə çarpmağa başladı. Bunun da səbəbi, ABŞ dol...