Vasif Talıbovun qardaşının yerinə təyinat olub

Vasif Talıbovun qardaşının yerinə təyinat olub
Sosial 336

Baş Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər