Vasif Məhərrəmli psixoloq qəbuluna verdiyi qonorardan ŞİKAYƏTÇİDİR
Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorarın çoxluğundan gileylənib.
Müğənni bildirib ki, bir dəfə klinikalardan birində müayinəyə gedib və ondan çox pul istəyiblər:
"Ürəyimi yoxlatdırırdım. Məsləhət gördülər ki, psixoloqa get. Getdim psixoloqun qəbuluna. Bir kişi idi. Soruşdu "necəsən?", cavab verdim ki, yaxşı.
Deyir, "hər şey qaydasındadır?", dedim "hə". Çıxdım, çek göstərdilər ki, ödəniş edin - yoxlanış 70, psixoloq 100 manat. Dedim, bu nə edib ki? Ancaq hal-əhval tutdu, heç bir psixoloji yardım etmədi".
Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün psixoloqların qiyməti hər kəsə bəllidir:
"Salam-sağola görə psixoloqlar 100 manat almır. Biz bilmirik, orada proses necə olub? Bilmirik ki, Vasif müəllim psixoloq qəbuluna düşüb, yoxsa psixiatr. Həmin xəstəxana özəldir, ya yox. Orada qiymətlər necədir? Bu haqda məlumatsızam".
Oxşar xəbərlər
Bu halda kranla görülən bütün işlər dayandırılacaq
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması ilə bağlı qanuna dəyişiklik olunur. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclis...