Vaqif Əsədovdan XƏBƏRDARLIQ: 3 min cərimə

Vaqif Əsədovdan XƏBƏRDARLIQ: 3 min cərimə
Sosial 3118
Bakı Dövlət Yol Polisi İdarəsi sərnişin və yükdaşıma ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.BAKU.WS xəbər verir ki, bu barədə idarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov “avtosfer.az”a məlumat verib. Onun sözlərinə görə, DYP təhlükəsizliyi təmin etmək məqsədilə sərnişin və yükdaşıma ilə məşğul olanlara qanunun tələblərinə riayət etməyi tövsiyə edir."Nizam intizamın yüksəldilməsi istiqamətində təkcə yol polisi deyil bu sahəyə cavabdeh olan hüquqi və fiziki şəxslər də məsuliyyətli olmalıdır. Ən azından onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməli, nəzarəti gücləndirməlidir. Xüsusilə reysdən öncə tibbi müayinənin səmərəli təşkili, avtobusların yanacaqla tam təmin edilməsi, yolboyu sürücülərin davranışı, ümumiyyətlə avtobusa nəzarət üçün kameraların qurulması vacibdir. Həmçinin baş vermiş qəzanın dəqiq araşdırılmasını aparmaq üçün avtobusxarici kameralar da qurulmalıdır" , - deyə bildirib.V.Əsədov onu da əlavə edib ki, şirkət rəhbərləri yollarda avtobusların dayanma-durma qaydalarını pozmaması üçün dispetçer nəzarəti təşkil etməlidirlər. Şöbə rəisi bir daha qeyd edib ki, reys qabağı tibbi müayinənin düzgün təşkil edilməsi barədə məsuliyyət daşıyır. Fiziki şəxslər 500 manatdan 800 manata, hüququ şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə edilə bilər. Bununla bağlı tərəfimizdən reydlər təşkil ediləcək.BAKU.WS

Son xəbərlər