Vaqif Əsədovdan paytaxtda qüvvəyə minməyən işarələrlə bağlı sürücülərə müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə müraciət edib.
Polkovnik BAKU.WS-ə bildirib ki, paytaxtda qüvvəyə minməyən işarələr var. Onun sözlərinə görə, həmin işarələr yerə sərilib:
"Yerə sərilən işarələr nə vaxt dikələcəksə, onda da qüvvəyə minəcək. Ola bilsin həmin ərazilərdə yaxın müddətdə tikinti olacaq. Hazırda həmin işarələr heç kimə mane olmayacaq bir yerdə yerə sərilib. İşarə üzərində olan lövhəcikdə yazılan tarixdən qüvvəyə minəcək”.
Qeyd edək ki, Bakıda keçiriləcək Formula 1 yarışı 19 iyunda start götürəcək. Yerə sərilən işarələrdə isə 19.06.2017 – 27.06.2017 tarixi qeyd olunub.
BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədovdan sürücülərə sərt xəbərdarlıq: "Heç kimə güzəşt olmayacaq"
Avtomobilinin icbari sığortası olmayan sürücülər bu gündən cərimələnəcəklər. DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə...