Valideynlərə ŞAD XƏBƏR: Ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.
Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.
Yarmarkada qiymətlər belə dəyişir:
Qələm: 10 qəpikdən - 60 qəpiyə qədər.
Dəftər: 20 qəpikdən - 90 qəpiyə qədər.
Pozan: 20 qəpikdən - 70 qəpiyə qədər.
Su qabı: 7 manatdan - 15 manatadək.
Çanta: 12 manatdan - 40 manatadək.
Oxşar xəbərlər
Məktəbli yarmarkalarına BU TARİXDƏN start veriləcək - Haralarda olacaq?
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Ona görə də valideynlər artıq alış verişə başlayıb. Bakı Şəhər İcra Hakimiyyəti valideynlərin rahatlığını və q...