Valideynlərə MÜRACİƏT - Belə olanda uşaqlarınızı məktəbə göndərməyin

Valideynlərə MÜRACİƏT - Belə olanda uşaqlarınızı məktəbə göndərməyin
Sosial 887

Havalar soyuyur, bununla da, müxtəli xəstəliklər və viruslar yayılır. Xəstəliklər əsasən uşaqların cəmləşdiyi məktəb və bağçalarda daha çox yayılır.

İsti havadan qəfil soyuq tempratura keçdikdə uşaqlarda imunitet sistemi düşür. Bu zaman orqanizm mövcud viruslarla mübarizə apara bilmir və məğlub olur. Eyni zamanda uşaqlar tez-tez xəstələnirlər.

Türkiyənin tanınmış pediatrı, uzman doktor Ayşin Kılınç Toker bütün valideynlərə səslənib. Həkim uşaqlarla bağlı ana və atalara diqqətli olmağı məsləhət bilir.

Havanın temperaturu birdən düşməyə başladı. Bu, virus faktorlarının yaratdığı soyuqdəymə, qrip infeksiyalarının sayını artırır.

Bu dövr xüsusilə qapalı məkanlarda olan və çox təmasda olan məktəbəqədər və ibtidai sinif uşaqlarımız üçün risk yaradır.

Uşaqlarımızın soyuq havaya uyğun geyinməmələri, qidalanmalarına fikir verməmələri, yuxu rejiminin dəqiq olmaması xəstəliklərə səbəb olur.

Eyni zamanda, hər hansı bir sinifdə asqırmaq və ya dostlarının yaxın təması nəticəsində yaranan ifrazatlarla əllərinin və iş masalarının çirklənməsi nəticəsində bir-birinə yoluxurlar.

Havaların soyuması, pəncərələrin açılması və günəşə məruz qalma imkanlarının azaldığı bu dövrdə uşaqlarımız risk altındadır", - deyə həkim bildirib.

Pediatr valideynlərə xəbərdarlıq edib: "Əgər uşaqlarınızda xəstəlik əlamətləri varsa, onları məktəbə və bağçaya aparmayın! Bu həm uşağın özü, həm də digər uşaqlar üçün təhlükə ola bilər".

Son xəbərlər