Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir - İnfeksionist
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.
Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
M.Əliyev bildirib ki, koronavirusa yoluxma artsa da əvvəlki kimi alovlanmalar gözlənilmir.
"Səbəb isə ölkəmizdə həm vaksin vurduranların, həm də xəstəliyə yoluxub-sağalanların sayının kifayət qədər olmasıdır. Hazırda koronavirusa yoluxanlar arasında peyvənd olunmayanlar və heç yoluxmayanlar üstünlük təşkil edir. Təkrar yoluxma isə çox azdır. Yaza qədər asta templə də olsa, yoluxmada artım müşahidə ediləcək. Yazdan sonra azalmalar olacaq.
Vaksin vurulandan altı ay sonra orqanizmdə anticisimlər azalır. Buna görə immunitet zəifləyir, üçüncü dozanın vurulması zərurəti yaranır. Vaksinin üçüncü dozasını vurduranların sağlamlığında müsbətə doğru ciddi fərq hiss olunur.
Belə ki, vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi 20 dəfəyə qədər yüngül keçirirlər".
Oxşar xəbərlər
Təyyar Eyvazov: “Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır”
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır. İstər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyuc...