Üzərində mobil telefon gizlədən 4 nəfər imtahandan xaric edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün 4 nəfər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarından xaric edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, imtahan zamanı onlarda mobil telefon aşkarlanıb.
Qeyd edək ki, 29 aprel 2021-ci il tarixində Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
Bu gün həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.
Oxşar xəbərlər
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi aprelin 29 və ya 30-da keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. Mərkəzdən BAKU.WS-ə verilən məlumata gö...