ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyasının sonu yaxınlaşır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.
"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.
Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.
Oxşar xəbərlər
ÜST-dən XƏBƏRDARLIQ: Hər an koronavirusun daha təhlükəli ştammı yarana bilər
Koronavirusun yeni, daha təhlükəli ştammı ortaya çıxa bilər. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşki...