ÜST-dən COVID-19-la bağlı bədbin AÇIQLAMA

ÜST-dən COVID-19-la bağlı bədbin AÇIQLAMA
Sosial 398

"Koronavirusa qarşı effektiv vaksin ümumiyyətlə, heç ortaya çıxmaya da bilər".

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bir sıra vaksinlər hazırda klinik sınaqların üçüncü mərhələsindədir və hamımız ümid edirik ki, insanların yoluxmasının qarşısını almağa kömək edən bir neçə təsirli peyvəndimiz olacaq. Ancaq hazırda "universal silah" yoxdur və o, ümumiyyətlə heç ortaya çıxmaya da bilər”, - ÜST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında deyib.

O, ölkələri və hökumətləri pandemiyaya qarşı tədbirlərə - maska taxılmasına, sosial məsafə saxlanılmasına, əl gigiyenasına və testlərə ciddi riayət etməyə çağırıb.

Onun sözlərinə görə, maska taxmaq artıq dünyada həmrəyliyin rəmzi olmalıdır.

Son xəbərlər