ÜST-dən Azərbaycanla bağlı növbəti açıqlama: "10 gün sonra özünü büruzə verəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan hökuməti ictimai səhiyyə tədbirlərini zamanında görən ölkələrdən biridir. Sosial həyatın bərpa edilməsi üçün karantin rejiminin yumşaldılması üçün verdiyi qərarın tez və ya gec olmasını bir müddət sonra görəcəyik".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, xəstəlik sayının artması da verilən qərardan ən azı 10 gün sonra özünü büruzə verəcək:
“Tövsiyəm odur ki, əhali çölə çıxdıqda sosial məsafəni qorumalıdır. Həmçinin əllərin tez-tez yuyulması, xəstə olan halda evdən çıxılmaması vacibdir”.
Oxşar xəbərlər
ÜST: "Koronavirus yenidən alovlana bilər"
“Mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün işlər görülür. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki koronavirus yenidən alovlana bilər". BAKU.WS...