ÜST Azərbaycanın bölgələrində apardığı monitorinqlərin nəticələrini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qurumun Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində deyib.
O qeyd edib ki, ümumilikdə vəziyyət stabildir: “Bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsində fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir”.
H.Harmancı bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur: “Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib”.
Oxşar xəbərlər
ÜST-dən Azərbaycanla bağlı AÇIQLAMA: "Qarşıdakı 3 ay çox kritikdir"
“Qışın gəlməsi ilə bütün Avropada COVİD-19-a yoluxma sayında artım oldu. Azərbaycanda da oktyabrdan koronavirusa yoluxmada sürətli artım qeydə alınıb. Amma son...